Palliativ tibbi yardım.
Əsas faktlar
-
Palliativ tibbi yardım, istər fiziki, istər psixososial, istərsə də mənəvi olsun, həyat üçün təhlükə yaradan xəstəliklərlə bağlı problemlərlə qarşılaşan pasiyentlərin və onların ailələrinin həyat keyfiyyətini yüksəldir. Baxıcılıq edən şəxslərin də həyat keyfiyyəti yaxşılaşır. -
Hesablamalara görə, hər il 40 milyon insanın palliativ tibbi yardıma ehtiyacı var; onların 78%-i aşağı və orta gəlirli ölkələrdə yaşayır. -
Hazırda dünyada palliativ tibbi yardıma ehtiyacı olan insanların yalnız təxminən 14%-i bu yardımı alır. -
Morfin və digər əsas nəzarət olunan palliativ preparatlara qarşı həddindən artıq normativ məhdudiyyətlər insanları müvafiq ağrıkəsicilərdən və palliativ tibbi yardımdan məhrum edir. -
Yardım növünün əlçatanlığını yaxşılaşdırmaq üçün ən qısa zamanda milli miqyasda müvafiq siyasi tədbirlər, proqramlar, resurslar və səhiyyə işçilərinin palliativ yardım sahəsində hazırlanması zəruridir. -
Qeyri-infeksion xəstəliklərin artan yükü, əhalinin qocalması və bəzi infeksion xəstəliklər səbəbindən palliativ tibbi yardıma qlobal tələbat gələcəkdə də artacaqdır. -
Palliativ tibbi yardımın vaxtında göstərilməsi hospital yardımı və səhiyyə xidmətlərinə əsassız müraciətlərin sayını azaltmağa imkan verir. -
Palliativ yardım anlayışı geniş spektrli xidmətləri əhatə edir və bura həkimlər, tibb bacıları, köməkçi xidmət işçiləri, feldşerlər, əczaçılar, fizioterapevtlər və könüllülər də daxil olmaqla bütöv bir mütəxəssislər qrupu tərəfindən göstərilən xidmətlər daxildir. Onların hər birinin iştirakı pasiyentlərin və ailə üzvlərinin maraqlarının təmin edilməsi üçün vacibdir.
5 avqust 2020-ci il
Mənbə: https://www.who.int/ru/news-room/fact-sheets/detail/palliative-care

