Palliativ Yardım logo
Palliativ Yardım logo
Resurslar

Resurslar və Peşəkar Məlumat Bazası

Yaşlı insanlara palliativ yardımın təkmilləşdirilməsi.
WHO Regional Office for Europe. Copenhagen 2005

Yaşlı insanlara palliativ yardımın təkmilləşdirilməsi. WHO Regional Office for Europe. Copenhagen 2005

Yaşlı insanlara palliativ yardımın təkmilləşdirilməsi

Elizabeth Davies və Irene J. Higginsonun redaktorluğu ilə Avropa Palliativ Yardım Assosiasiyası

REZUME

Avropa ölkələrində və digər inkişaf etmiş dövlətlərdə ölüm hallarının əksəriyyəti 65 yaşdan yuxarı dövrə təsadüf edir, lakin mövcud səhiyyə siyasətlərində yaşlı insanların ömrünün son illərindəki ehtiyaclarına nisbətən az diqqət yetirilir. Gözlənilən ömür uzunluğunun artması ilə bir çox ölkələrdə ahıl yaşa qədər yaşayan insanların sayı artır. Eyni zamanda, əmək qabiliyyətli əhalinin payı azalır və yaşlıların qayğısına qalan şəxslərin orta yaşı yüksəlir. Bununla əlaqədar olaraq, ictimai səhiyyədə palliativ yardım problemi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, yaşlı insanlar daha gənc xəstələrlə müqayisədə daha az palliativ yardım alırlar, çünki mövcud xidmətlər əsas diqqəti onkoloji xəstələrə yönəldir. Bu bukletin nəşri ÜST-nin Avropa Regional Bürosunun səhiyyə təşkilatçılarını və rəhbərlərini aydın və anlaşıqlı formada ifadə edilmiş etibarlı elmi məlumatlarla təmin etmək fəaliyyətinin bir hissəsidir. Burada yaşlı insanların ehtiyacları; onlarda ən çox rast gəlinən xəstəliklərin gedişat xüsusiyyətləri; ağrı və digər simptomların lazımi dərəcədə qiymətləndirilmədiyini göstərən obyektiv faktlar; yaşlı insanların qərar qəbuledilmə prosesinə cəlb olunmasının vacibliyinə dair arqumentlər; palliativ yardımın effektiv təşkili variantları haqqında faktiki məlumatlar, eləcə də gələcək vəzifələr təqdim olunur. Müşayiətedici "Palliativ yardım - təkzibolunmaz faktlar" bukletində yardımın bu növünün təkmilləşdirilməsi, həmçinin bu sahədə tibb işçilərinin hazırlanması və əhalinin maarifləndirilməsi yolları nəzərdən keçirilir.

Mənbə:

(RUS) https://iris.who.int/server/api/core/bitstreams/5726d64b-07bf-4e59-98f2-3a1b58af59aa/content

(İNG) https://iris.who.int/server/api/core/bitstreams/131c8820-fd88-4034-8d87-916ea2bc69d1/content

Palliativ tibbi yardım. 
Əsas faktlar

Palliativ tibbi yardım. Əsas faktlar

Palliativ tibbi yardım. 

Əsas faktlar

  • Palliativ tibbi yardım, istər fiziki, istər psixososial, istərsə də mənəvi olsun, həyat üçün təhlükə yaradan xəstəliklərlə bağlı problemlərlə qarşılaşan pasiyentlərin və onların ailələrinin həyat keyfiyyətini yüksəldir. Baxıcılıq edən şəxslərin də həyat keyfiyyəti yaxşılaşır.
  • Hesablamalara görə, hər il 40 milyon insanın palliativ tibbi yardıma ehtiyacı var; onların 78%-i aşağı və orta gəlirli ölkələrdə yaşayır.
  • Hazırda dünyada palliativ tibbi yardıma ehtiyacı olan insanların yalnız təxminən 14%-i bu yardımı alır.
  • Morfin və digər əsas nəzarət olunan palliativ preparatlara qarşı həddindən artıq normativ məhdudiyyətlər insanları müvafiq ağrıkəsicilərdən və palliativ tibbi yardımdan məhrum edir.
  • Yardım növünün əlçatanlığını yaxşılaşdırmaq üçün ən qısa zamanda milli miqyasda müvafiq siyasi tədbirlər, proqramlar, resurslar və səhiyyə işçilərinin palliativ yardım sahəsində hazırlanması zəruridir.
  • Qeyri-infeksion xəstəliklərin artan yükü, əhalinin qocalması və bəzi infeksion xəstəliklər səbəbindən palliativ tibbi yardıma qlobal tələbat gələcəkdə də artacaqdır.
  • Palliativ tibbi yardımın vaxtında göstərilməsi hospital yardımı və səhiyyə xidmətlərinə əsassız müraciətlərin sayını azaltmağa imkan verir.
  • Palliativ yardım anlayışı geniş spektrli xidmətləri əhatə edir və bura həkimlər, tibb bacıları, köməkçi xidmət işçiləri, feldşerlər, əczaçılar, fizioterapevtlər və könüllülər də daxil olmaqla bütöv bir mütəxəssislər qrupu tərəfindən göstərilən xidmətlər daxildir. 
    Onların hər birinin iştirakı pasiyentlərin və ailə üzvlərinin maraqlarının təmin edilməsi üçün vacibdir.

5 avqust 2020-ci il

Mənbə: https://www.who.int/ru/news-room/fact-sheets/detail/palliative-care